Tikinti sektorunda inam indeksi kəskin azalıb
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu ilin sentyabr ayında Azərbaycanın tikinti sektorunda işgüzar fəallıq indeksi açıqlanıb.
Yeniavaz.com Mərkəzi Bankın açıqladığı məlumatlara istinadən xəbər verir ki, sentybar ayında tikinti sektorunda inam indeksi mənfi 40,4 olub.
Bu göstərici, əvvəlki ilin eyni dövrü ilə müqayisədə kəskin azalıb. Belə ki, 2025-ci ilin sentyabr ayında tikinti inam indeksi mənfi 4,4 olub.
Qeyd edək ki, tikinti sektorunda yeni sifarişlərin icraya qəbul edilmə göstəricisi 2025-ci ilin sentyabrda mənfi 7,9 olduğu halda, 2026-cı ilin sentybartda mənfi 60,7-yə düşüb. Bu, tikinti şirkətlərinə daxil olan iş sifarişlərinin zəiflədiyini göstərir. Tikinti işlərinin həcmi də 2025-ci ilin sentyabr ayında 15,5 olduğu halda, 2026-cı ilin sentyabrında mənfi 3,6-ə enib və bu, sektorda aktivliyin azaldığını göstərir. İşçi sayının dəyişməsi göstəricisi isə mənfi 0,8-dən mənfi 20,2-ə düşüb. Bu isə onu göstərir ki, şirkətlər yeni işçi götürməkdə daha ehtiyatlı davranır və bu sektorda ixtisar meyli güclənib.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Tikinti sektorunda inam indeksi kəskin azalıb
30 İyul 2026 11:18
Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi
25 May 2026 15:59
Tikinti sektorunda fəallıq indeksi kəskin şəkildə aşağı düşüb
27 Fevral 2026 22:00
Tikinti indeksi artıb
15 Yanvar 2025 21:37
Tikinti sektorunda səmərəli fəaliyyət
22 May 2026 11:25
Baxış sayı:115
Bu xəbər 28 Oktyabr 2026 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















