Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır. Azərbaycanda tikinti materiallarının istehsalı azalıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin ilk rübündə bu sahədə 279,8 milyon manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz azdır.
Hesabat dövründə təbii asfaltın istehsalı 41,3 faiz, gips məmulatlarının istehsalı 29,2 faiz, beton istehsalı 12,8 faiz, tikinti şüşəsinin istehsalı 8,9 faiz, sement istehsalı isə 4 faiz azalıb.
Maraqlıdır ki, bu eniş işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti işlərinin getdiyi bir vaxta təsadüf edir.
Bu isə sual doğurur: geniş tikinti ehtiyacları fonunda yerli istehsal niyə geriləyir?
"İstehsalçılar azalıb" Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının tam hüquqlu üzvü İlham Behrudinin sözlərinə görə, əvvəlki illərə nisbətən tikinti aparan hüquqi şəxslərin sayı bir neçə dəfə azalıb: "Sözügedən inşaat materiallarının istehsalının azalmasının bir neçə səbəbləri var.
Ən başlıca səbəbi odur ki, inşaat materiallarını istehlak edən təşkilatlar, müəssisələr, fərdlər ölkəmizdə azalıb.
Bunun əsas səbəblərindən biri 2024-cü ildə yeni binaların inşaatının başlanılmasına icazələrin sərtləşdirilməsindən irəli gəlir.