Icma.az
close
up
RU
Tikinti sektorunu vuran səbəb: Qiymətlər yenə də yüksələcək?

Tikinti sektorunu vuran səbəb: Qiymətlər yenə də yüksələcək?

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda tikinti materiallarının istehsalı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin ilk rübündə bu sahədə 279,8 milyon manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz azdır.

Hesabat dövründə təbii asfaltın istehsalı 41,3 faiz, gips məmulatlarının istehsalı 29,2 faiz, beton istehsalı 12,8 faiz, tikinti şüşəsinin istehsalı 8,9 faiz, sement istehsalı isə 4 faiz azalıb. Maraqlıdır ki, bu eniş işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti işlərinin getdiyi bir vaxta təsadüf edir. Bu isə sual doğurur: geniş tikinti ehtiyacları fonunda yerli istehsal niyə geriləyir?

"İstehsalçılar azalıb"

Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının tam hüquqlu üzvü İlham Behrudinin sözlərinə görə, əvvəlki illərə nisbətən tikinti aparan hüquqi şəxslərin sayı bir neçə dəfə azalıb: "Sözügedən inşaat materiallarının istehsalının azalmasının bir neçə səbəbləri var. Ən başlıca səbəbi odur ki, inşaat materiallarını istehlak edən təşkilatlar, müəssisələr, fərdlər ölkəmizdə azalıb. Bunun əsas səbəblərindən biri 2024-cü ildə yeni binaların inşaatının başlanılmasına icazələrin sərtləşdirilməsindən irəli gəlir. Hazırda Azərbaycanda yeni binaların tikintisi çox azalıb və ya tamamilə dayandırılıb. Fərdi tikintilərdə də azalma var. Fərdi tikintilərin sürətləndirilməsi üçün vətəndaşlara köməklik məqsədilə kreditlər ayrılmalıdır".

"Quruculuq işləri yay aylarında intensivləşir"

Əmlak eksperti Ramil Qasımzadənin sözlərinə görə, bu statistika qış aylarını əhatə edir. Qış aylarında bütün istehsal müəssisələrində azalma müşahidə edilir: "Çünki qış dövründə anbarlarda, ehtiyat məhsul olur. İstehsal müəssisələri də bazara əlavə məhsul çıxarmırlar. Yəni bu, mövsümlə əlaqəli azalmalardır".

R.Qasımzadənin sözlərinə görə, havaların qeyri-stabil keçməsi də rəqəmlərə öz təsirini göstərir: "Bu məhsullara tələbat aprel, may aylarından etibarən artır. Bu zaman yerli istehsalın həcmi də yavaş-yavaş yüksəlir. Amma qış mövsümü tikinti dövrü deyil. Əksinə, tikintilərin, xüsusən də fərdi yaşayış evlərinin inşası azalır. Çünki statistikada adıçəkilən məhsulların quruması zaman alır. Bu da iqtisadi cəhətdən tikinti üçün səmərəli deyil. Onları soyuq havalarda istifadə etmək qeyri-mümkündür. Amma havalar isinəndən sentyabr, oktyabr aylarına qədər tikinti mövsümü olur. Yay aylarında adıçəkilən məhsullar təbii quruma yolu ilə qurudulur. Bu dövrlərdə istehsal da artır".

Ekspert bildirir ki, yay aylarında tikintinin intensivləşməsi ən çox beton və dəmir məmulatlarına tələbatı yüksəldir. Həmin məhsullar yol ötürücülərinin tikintisində istifadə edilir. İnfrastruktur layihələri də öncədən bağlanılan müqavilələr əsasında həyata keçirilir.

Yerli məhsullar bahalaşıb

R.Qasımzadənin sözlərinə görə, istehsalın azalması qiymətlərdə dəyişikliklərə səbəb olub: "Bəzi məhsulların qiymətində artımlar mövcuddur. Buna misal olaraq sementi göstərə bilərik. Lakin qiymət artımları gözlənilirdi. Xüsusilə də yerli istehsal edilən məhsullarda qiymət artımları daha çox müşahidə olunur. Xaricdən gələn məhsulların isə bəzilərində qiymət artımı var idi. Sement və dəmir məmulatlarda da həmçinin. Qiymətlərin artan tempdə gedəcəyi proqnozlaşdırılır".

R.Qasımzadə bahalaşmanın səbəblərindən də danışdı: "Qiymətlərin artmasının müxtəlif səbəbləri var. Həm xammal qiymətləri yüksəlib, həm də əməkhaqları, sosial ödənişlər artıb. Bu kimi səbəblərlə şirkətlərin xərci artır. Onlar da məhsulun üzərinə əlavə dəyər qoymalı olurlar".

"Ciddi tamamlanma prosesi həyata keçirilirdi"

İqtisadçı Xalid Kərimli də düşünür ki, qışın sərt keçməsi tələbata təsir edib: "Tikinti materiallarının istehsalının azalmasının əsas səbəbi iqtisadi aktivliklə bağlıdır. Burada digər xərc artıran məqamlar da var. Amma əsas səbəb tələbatdır. Bu ilin qış mövsümü bir az daha sərt keçdi. Təbii ki, bu da tikinti materialları bazarına təsirsiz ötüşmədi. Tikinti materiallarının istehsalında hava amili də böyük rol oynayır".

Ekspertin sözlərinə görə, iqtisadi səbəbləri də qeyd etməliyik: "Keçən il beynəlxalq tədbirlərlə əlaqədar ciddi tamamlanma prosesi həyata keçirilirdi. Yol tikintisi və sair sürətləndirilmişdi. Çalışılırdı ki, tikinti işləri tez bir zamanda yekunlaşsın. Həmçinin keçən il Qarabağ və Şərqi Zəngəzurun bərpasına vəsait bu ilə nisbətən daha çox nəzərdə tutulmuşdu. Əvvəl dörd milyard vəsait ayrılsa da, ilin ortalarında bir milyard manat da əlavə olundu. Keçən il tikinti məsələləri daha intensiv idi. Bu səbəbdən də istehsal keçən il daha çox idi".

X.Kərimlinin fikrincə, tikinti materialları istehsalı azalıbsa, tələbat da azdır. Bu zaman tikinti materialları bazarında qiymətlər aşağı düşür. Amma bizdə əksinə, qiymətlər artan tempdə görünür: "Bunun da səbəbi dizel yanacağının qiymətinin artmasındadır. Kommunal qiymətlər, minimum əməkhaqqının artımı kimi məsələlər də tikinti materiallarının xərcinin artmasına təsir göstərən amillərdir. Bu da bazardakı qiymətlərdə əks olunur"./"Kaspi" qəzeti

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 06 İyun 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri