“Tikintiyə icazəni yerli dövlət hakimiyyəti orqanları verməlidir”Qüdrət Həsənquliyev | Icm…
Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir. “Qanuna edilən dəyişiklik mütərəqqidir.
Mən, bu məsələni müdafiə etməklə yanaşı, həm də təklif edirəm ki, Şəhərsalma və Tikinti Məcəlləsinə yenidən baxaq.
Ümid edirəm ki, 2025-ci il ölkəmizdə böyük islahatlar ili olacaq və bu islahatlar çərçivəsində həm də dövlət hakimiyyətinin həyata keçirilməsindəki ifrat mərkəzləşmə müəyyən mənada aradan qaldırılacaq”.
Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı səsləndirib.
Millət vəkili bildirib ki, Şəhərsalma və Arxitektura Komitəsi yalnız şəhərlərin, qəsəbələrin baş planlarını təsdiq etməlidir, tikintiyə icazəni isə yerli dövlət hakimiyyəti orqanları verməlidir: “Baklıda güclü yağış yağanda Binəqədi, Suraxanı və Sabunçu rayonlarında çoxunun sənədləri olmayan birmərtəbəli evlər su ilə dodular və insanlar nə qədər böyük əziyyət çəkdilər, məhrumiyyətlərlə üz-üzə qaldılar.
Bir rəqəmi diqqətinizə çatdırım ki, bu il ötən illə müqayisədə ölkədə mənzil tikintisi 36,5 faiz azalıb.
Tikinti şirkətləri müraciət edirlər ki, tikintiyə icazə almaq xeyli dərəcədə müşkül bir məsələyə çevrilib.
Ona görə də bu zərurətdən çıxış edərək mən bunu söyləyirəm. Xatırlayırsınızsa büdcə müzakirələri zamanı da çıxşımda söylədim ki, Bakıda, o c
Tam oxu
Xəbəri oxu