Icma.az
close
up
RU
“Tikintiyə icazəni yerli dövlət hakimiyyəti orqanları verməlidir”Qüdrət Həsənquliyev

“Tikintiyə icazəni yerli dövlət hakimiyyəti orqanları verməlidir”Qüdrət Həsənquliyev

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qanuna edilən dəyişiklik mütərəqqidir. Mən, bu məsələni müdafiə etməklə yanaşı, həm də təklif edirəm ki, Şəhərsalma və Tikinti Məcəlləsinə yenidən baxaq. Ümid edirəm ki, 2025-ci il ölkəmizdə böyük islahatlar ili olacaq və bu islahatlar çərçivəsində həm də dövlət hakimiyyətinin həyata keçirilməsindəki ifrat mərkəzləşmə müəyyən mənada aradan qaldırılacaq”.
Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında
Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı səsləndirib.
Millət vəkili bildirib ki, Şəhərsalma və Arxitektura Komitəsi yalnız şəhərlərin, qəsəbələrin baş planlarını təsdiq etməlidir, tikintiyə icazəni isə yerli dövlət hakimiyyəti orqanları verməlidir: “Baklıda güclü yağış yağanda Binəqədi, Suraxanı və Sabunçu rayonlarında çoxunun sənədləri olmayan birmərtəbəli evlər su ilə dodular və insanlar nə qədər böyük əziyyət çəkdilər, məhrumiyyətlərlə üz-üzə qaldılar. Bir rəqəmi diqqətinizə çatdırım ki, bu il ötən illə müqayisədə ölkədə mənzil tikintisi 36,5 faiz azalıb. Tikinti şirkətləri müraciət edirlər ki, tikintiyə icazə almaq xeyli dərəcədə müşkül bir məsələyə çevrilib. Ona görə də bu zərurətdən çıxış edərək mən bunu söyləyirəm. Xatırlayırsınızsa büdcə müzakirələri zamanı da çıxşımda söylədim ki, Bakıda, o cümlədən mənim seçildiyim Xətai rayonunun ərazisində bir çox binaların zirzəmiləri su ilə dolub. Bu barədə müvafiq dövlət orqanlarına da rəsmi müraciət eləmişəm. Amma təəssüf ki, problemi aradan qaldırmaq mümkün deyil, həmin binaların həyətlərinin abadlaşdırılmasına ciddi ehtiyac var. Həmin 5 və 9 mərtəbəli əksər binalara giriş qaplıları yoxdur və insanlar bundan da narahatlıq keçirirlər. Hesab edirəm ki, həmin binaların da tikinti şirkətlərinə verilməsinə böyük ehtiyac var ki, 5 və 9 mərtəbəli binalar tikilsin.
Şəhərsalma və Arxitektura Komitəsinin sədri hörmətli Anar Quliyev də dünən mətbuata verdiyi açıqlamada qeyd edib ki, hazırda Bakı şəhərində 200-ə qədər qəzalı bina var. Yəni bu binaların da qısa müddətdə sökülüb, yerində müasir binaların tikilməsi üçün addımlar atılmalıdır. Müəyyən işlər görülür və görülən işlərin üzərinə kölgə salmaq fikrindən çox uzağam. Amma bu işlər həddindən artıq ləng görülür. Sahibkarlar bəzən illərlə gözləməli olurlar ki, onların müraciətlərinə hansısa formada cavab veriləcək, ya yox. Ona görə də bu məsələlərin aktuallığını nəzərə alıb, onları həm Milli Məclis rəhbərliyi, həm də hökumətin diqqətinə çatdırmağı özümə borc bildim”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 13 Dekabr 2024 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri