“Tiktok”da “qara pul” qalmaqalı Hüquqşünasdan modelə sərt ittihamlar | Icma.az
Icma.az, Yenisabah saytına istinadən bildirir. “Miss Azərbaycan-2019” Səmra Hüseynovanın “Tiktok”da atılan “qara pullar”la bağlı səsləndirdi
Model iddia edib ki, bəzi populyar yayımçılara bir gündə hətta 30 min manatadək ödənişlər göndərilir.
O bildirib ki, bu gəlirlərin bir hissəsi “qara pul” kimi gizlədilir və vergidən yayınmaq üçün müxtəlif fəndlər tətbiq olunur.
Bəs “Tiktok”da qazanılan pulun vergidən gizlədilməsi mümkündü, yoxsa sistem bütün prosesi görür?
Mövzu ilə bağlı “Yeni Sabah”-a danışan hüquqşünas Ramil Süleymanlı deyib ki, S.Hüseynovanın bu şəkildə odlu-alovlu danışması o qədər də mühüm deyil: pizza mizza “Lakin sual oluna bilər: Görəsən, Səmra xanımın özünə “Tiktok”da gündə 30 min manat pul göndərilmiş olsaydı, bu qədər səmimi olub ona pul yollayan şəxsləri mühakimə edərdimi?
Bu, qətiyyən olmayacaqdı. Bu məsələdə xüsusi niyyət var. Bu da ondan ibarətdir ki, xanım digər həmkarlarına qısqanclıqla yanaşır”.
Hüquqşünas qeyd edib ki, hazırda sosial şəbəkələrdə, o cümlədən “Tiktok”da “Reklam haqqında” qanunvericiliyin tələbləri pozulur.
O xatırladıb ki, qanunvericiliyə görə, reklam olunan məhsullar barədə müqavilələr bağlanmalı, rəsmi vergilər ödənməlidir, o cümlədən bu yayınlar hamısı rəsmi şəkildə qanunvericiliyin tələblərinə uyğun olaraq bəyan edilməlidir “Amma hədiyyə şəklində atılan pullar var ki, onların hər hansı şəkildə yoxlanılması mövcud deyil.
Tam oxu
Xəbəri oxu