Icma.az
close
up
RU
“Tiktok”da “qara pul” qalmaqalı Hüquqşünasdan modelə sərt ittihamlar

“Tiktok”da “qara pul” qalmaqalı Hüquqşünasdan modelə sərt ittihamlar

Icma.az, Yenisabah saytına istinadən bildirir.

“Miss Azərbaycan-2019” Səmra Hüseynovanın “Tiktok”da atılan “qara pullar”la bağlı səsləndirdiyi fikirlər sosial mediada böyük müzakirələrə səbəb olub. Model iddia edib ki, bəzi populyar yayımçılara bir gündə hətta 30 min manatadək ödənişlər göndərilir. O bildirib ki, bu gəlirlərin bir hissəsi “qara pul” kimi gizlədilir və vergidən yayınmaq üçün müxtəlif fəndlər tətbiq olunur.

Bəs “Tiktok”da qazanılan pulun vergidən gizlədilməsi mümkündü, yoxsa sistem bütün prosesi görür?

Mövzu ilə bağlı “Yeni Sabah”-a danışan hüquqşünas Ramil Süleymanlı deyib ki, S.Hüseynovanın bu şəkildə odlu-alovlu danışması o qədər də mühüm deyil: pizza mizza

“Lakin sual oluna bilər: Görəsən, Səmra xanımın özünə “Tiktok”da gündə 30 min manat pul göndərilmiş olsaydı, bu qədər səmimi olub ona pul yollayan şəxsləri mühakimə edərdimi? Bu, qətiyyən olmayacaqdı. Bu məsələdə xüsusi niyyət var. Bu da ondan ibarətdir ki, xanım digər həmkarlarına qısqanclıqla yanaşır”.

Hüquqşünas qeyd edib ki, hazırda sosial şəbəkələrdə, o cümlədən “Tiktok”da “Reklam haqqında” qanunvericiliyin tələbləri pozulur. O xatırladıb ki,

qanunvericiliyə görə, reklam olunan məhsullar barədə müqavilələr bağlanmalı, rəsmi vergilər ödənməlidir, o cümlədən bu yayınlar hamısı rəsmi şəkildə qanunvericiliyin tələblərinə uyğun olaraq bəyan edilməlidir

“Amma hədiyyə şəklində atılan pullar var ki, onların hər hansı şəkildə yoxlanılması mövcud deyil. Səmra xanımın bu şəkildə iddialı çıxışı əsas verir ki, hüquq-mühafizə orqanları xanımın özünü dəvət etsin, birinci onun özü barəsində araşdırma aparsın görək xanım bu məlumatları haradan alır, məlumatlar səhihdirmi, nə qədər əsaslıdır?

Daha sonra bu, hüquq-mühafizə orqanları üçün əhəmiyyətli olduqda, hədiyyə atanlar barədə araşdırma apara, onların bank məlumatları barədə sorğular göndərə bilərlər. Əgər şübhəli əməliyyatlar olarsa, bununla bağlı dərhal cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq istintaq başlanılır və həmin şəxslər məsuliyyətə cəlb oluna bilərlər”.

R.Süleymanlı söyləyib ki, vergi sistemi innovativ gəlir formalarına uyğun deyil və bu, ciddi hüquqi boşluq yaradır:

“Bu gün vergi sistemi müasir innovativ yeniliklərə tamamilə cavab vermir. Çünki faktiki olaraq istər “Tiktok” platforması, istərsə kriptovalyuta əməliyyatları qanunvericiliklə qadağan deyil. Amma şəxslərin oradan əldə etdiyi fantastik həddə gəlirlər gizlədilir, bu barədə heç bir məlumat verilmir, onlardan heç bir vergi ödənilmir. Həmin gəlirlərdən vergi tutulması üçün qanunvericilikdə dəyişikliklərin edilməsi vacib və qaçılmazdır”.

Əsmətxanım Rzazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 Oktyabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see197

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see173

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see170

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see169

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri