Tim Kerrinin ölüm səbəbi məlum oldu

04.09.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

Britaniyalı aktyor Tim Karrinin ölüm səbəbi açıqlanıb.

Axşam.az xəbər verir ki, aktyorun ölüm haqqında şəhadətnaməsində onun koronar arteriya xəstəliyindən vəfat etdiyi qeyd olunub. Sənəddə 2012-ci ildə keçirdiyi insult və böyrək xərçəngi də ölümə təsir edən əlavə amillər kimi göstərilib.

Qeyd edək ki, 80 yaşlı Tim  daha çox “Evdə tək 2” filmindəki otel konsyerji "Hektor" obrazı ilə tanınırdı. O, həmçinin “It” ekran əsərində qorxunc "Pennyuayz" obrazını canlandırıb.

Aktyorun ən məşhur rollarından biri isə “The Rocky Horror Picture Show” filmindəki "Dr. Frank-N-Furter" obrazı olub. Bu rol ona dünya miqyasında böyük şöhrət qazandırıb.

Aktyor 2012-ci ildə ağır insult keçirib. Bundan sonra səhhətində ciddi problemlər yaranıb və o, əsasən səs aktyorluğu ilə fəaliyyətini davam etdirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью