Tim Kerrinin ölüm səbəbi məlum oldu
Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Britaniyalı aktyor Tim Karrinin ölüm səbəbi açıqlanıb.
Axşam.az xəbər verir ki, aktyorun ölüm haqqında şəhadətnaməsində onun koronar arteriya xəstəliyindən vəfat etdiyi qeyd olunub. Sənəddə 2012-ci ildə keçirdiyi insult və böyrək xərçəngi də ölümə təsir edən əlavə amillər kimi göstərilib.
Qeyd edək ki, 80 yaşlı Tim daha çox “Evdə tək 2” filmindəki otel konsyerji "Hektor" obrazı ilə tanınırdı. O, həmçinin “It” ekran əsərində qorxunc "Pennyuayz" obrazını canlandırıb.
Aktyorun ən məşhur rollarından biri isə “The Rocky Horror Picture Show” filmindəki "Dr. Frank-N-Furter" obrazı olub. Bu rol ona dünya miqyasında böyük şöhrət qazandırıb.
Aktyor 2012-ci ildə ağır insult keçirib. Bundan sonra səhhətində ciddi problemlər yaranıb və o, əsasən səs aktyorluğu ilə fəaliyyətini davam etdirib.
Baxış sayı:74
Bu xəbər 04 Sentyabr 2026 22:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















