“Titan“ın son saniyələri: ilk dəfə olaraq ölümcül partlayışın səs yazısı yayımlanıb | Icma…
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Titan"ın partlayış səsi faciə yerindən təxminən 1448 kilometr uzaqlıqda qeydə alınıb..." "Titan" batiskafının "Titanik"in qalıqlarına ekspedisiya zamanı baş verən faciəsi nəticəsində beş sərnişinin həyatını itirməsindən iki il sonra ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyası (NOAA) ilk dəfə olaraq fəlakət anının səs yazısını yayımlayıb.
Moderator.az xəbər verir ki, bu barədə popular "Science" nəşri məlumat yayıb.
Məlumatına görə, bu səs fraqmenti rəsmi qurumlar tərəfindən təqdim edilən ilk səs yazısıdır.
Yazı 2023-cü il iyunun 18-də hadisə yerindən təxminən 1448 kilometr uzaqlıqda quraşdırılmış passiv akustik qeyd cihazı vasitəsilə qeydə alınıb.
Səs faylında bir neçə saniyəlik sükutdan sonra dərin və güclü bir gurultu eşidilir, onun tezliyi təxminən 400 Hz təşkil edir ki, bu da spektral analizlə təsdiqlənib.
"OceanGate" şirkəti 2007-ci ildə təsis edilib və 2021-ci ildən etibarən "Titanik"in qalıqlarına kommersiya ekspedisiyalarına başlayıb.
250 min dollar ödəyən turistlər 3,2 kilometr dərinliyə, UNESCO-nun sualtı mədəni irs obyektinə ekstremal səfərdə iştirak edə bilərdi.
Tam oxu
Xəbəri oxu