Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. İnsanlar gün ərzində müxtəlif səbəblərdən əsəb keçirirlər.
Bu səbəblər sırasına yollarda tıxac zamanı yaranmış gərginliyi də əlavə edə bilərik. Stress insan həyatına necə təsir edir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nevroloq Durna Ələkbərova bildirdi ki, stress orqanizmin dəyişən xarici mühit amilinə qarşı cavab reaksiyasıdır.
Onun sözlərinə görə, orqanizm dəyişən xarici mühit amilinə qarşı endokrin metabolik və davranış sistemində müəyyən dəyişikliklər olmaqla cavab verir.
"Yəni xarici mühitdə hər hansı bir faktor bizə təsir edirsə, orqanizm həmin faktora qarşı cavab verir.
Stress 2 cür olur: Qısa müddətli və xroniki stress. Qısa müddətli stress, yəni təhlükə anında orqanizmdə yaranan bir vəziyyətdir.
Xroniki stress isə təhlükə anlarına neqativ faktorların uzun müddətli təsiri nəticəsində orqanizmin düşdüyü bir durumdur.
İnsan hər gün eyni tıxacla, eyni emosional gərginliklə rastlaşırsa, artıq xroniki stressə gətirib çıxarır.