Tıxacı iş qrafiki ilə azaltmaq olmayacaq EKSPERT

11.06.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Bakıda tıxacların azaldılması üçün iş saatlarının dəyişdirilməsi müzakirə olunur. 

Amma indiki vəziyyətdə bunun ciddi effekt verəcəyini gözləmək çətindir". 

"Cebheinfo.az" xəbər verir ki, bunu iqtisadçı - ekspert Eldəniz Əmirov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, bu model əsasən tıxacların günün cəmi 1-2 saatında yarandığı şəhərlərdə işləyir:

"Bakıda isə səhərdən gecəyə qədər davam edən davamlı nəqliyyat yüklənməsini 1-2 saatlıq qrafik dəyişiklikləri ilə həll etmək mümkün deyil.

Bu dəyişiklik məcburi və kütləvi xarakter daşıyarsa, kiçik müsbət təsirləri istisna deyil. Amma mənfi tərəfləri də olacaq. Belə ki, dövlət və özəl sektor arasında koordinasiya problemləri, ailələrin gündəlik planlamasında çətinlikləri, iş və sosial həyat balansının daha da pozulması kimi hallar yarana bilər.  Əlqərəz, həddindən artıq mərkəzləşmə dəyişmədən qalarsa, tıxac qaçılmaz olacaq".

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью