Tıxacı iş qrafiki ilə azaltmaq olmayacaq EKSPERT
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Bakıda tıxacların azaldılması üçün iş saatlarının dəyişdirilməsi müzakirə olunur.
Amma indiki vəziyyətdə bunun ciddi effekt verəcəyini gözləmək çətindir".
"Cebheinfo.az" xəbər verir ki, bunu iqtisadçı - ekspert Eldəniz Əmirov sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, bu model əsasən tıxacların günün cəmi 1-2 saatında yarandığı şəhərlərdə işləyir:
"Bakıda isə səhərdən gecəyə qədər davam edən davamlı nəqliyyat yüklənməsini 1-2 saatlıq qrafik dəyişiklikləri ilə həll etmək mümkün deyil.
Bu dəyişiklik məcburi və kütləvi xarakter daşıyarsa, kiçik müsbət təsirləri istisna deyil. Amma mənfi tərəfləri də olacaq. Belə ki, dövlət və özəl sektor arasında koordinasiya problemləri, ailələrin gündəlik planlamasında çətinlikləri, iş və sosial həyat balansının daha da pozulması kimi hallar yarana bilər. Əlqərəz, həddindən artıq mərkəzləşmə dəyişmədən qalarsa, tıxac qaçılmaz olacaq".
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 11 İyun 2026 20:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















