Tıxacların qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Rauf Zeynidən AÇIQLAMA | Icma.…
Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni QHT.az-a verdiyi açıqlamada Bakı şəhərindəki tıxacların səbəbləri və bu problemə qarşı atılacaq addımlar haqqında ətraflı məlumat verib.R.Zeyni uzun illərdir ki, yol nəqliyyat infrastrukturunun və nəqliyyat hərəkatının təkmilləşdirilməsi ilə bağlı bir çox ictimai müzakirələrdə iştirak etdiklərini, həmçinin beynəlxalq konfranslarda bu mövzuya toxunaraq dünya təcrübəsindən faydalandıqlarını vurğulayıb.
O, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və COP 29 kimi beynəlxalq tədbirlərdə iştirak edərək, Bakıdakı tıxacların yaranma səbəblərini araşdıran beynəlxalq şirkətlərin təkliflərini önə çəkdi.
"Biz bu tədbirlərdə iştirak etdik, həm də beynəlxalq təcrübəni öyrəndik.
Tıxacların qarşısının alınması üçün müəyyən təkliflər ortaya qoyulmuşdu. Bunlardan biri, şəhərətrafı dairəvi yolların yaradılmasıdır.
Bu təkliflərin bəziləri həyata keçirilib, bəziləri isə hələ icra olunmayıb", – deyə R.
Zeyni bildirib.Rauf Zeyni Prezident İlham Əliyevin 2025-2030-cu illər üzrə Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı təsdiq etdiyi Dövlət Proqramını çox əhəmiyyətli bir addım kimi qiymətləndirib.
O, bu proqramın 5 il ərzində həyata keçirilməsinin, Bakıdakı tıxacların azalmasına vətəndaşların həyat keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib.
Tam oxu
Xəbəri oxu