Icma.az
close
up
RU
Tıxacların qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Rauf Zeynidən AÇIQLAMA

Tıxacların qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Rauf Zeynidən AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni QHT.az-a verdiyi açıqlamada Bakı şəhərindəki tıxacların səbəbləri və bu problemə qarşı atılacaq addımlar haqqında ətraflı məlumat verib.
R.Zeyni uzun illərdir ki, yol nəqliyyat infrastrukturunun və nəqliyyat hərəkatının təkmilləşdirilməsi ilə bağlı bir çox ictimai müzakirələrdə iştirak etdiklərini, həmçinin beynəlxalq konfranslarda bu mövzuya toxunaraq dünya təcrübəsindən faydalandıqlarını vurğulayıb. O, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və COP 29 kimi beynəlxalq tədbirlərdə iştirak edərək, Bakıdakı tıxacların yaranma səbəblərini araşdıran beynəlxalq şirkətlərin təkliflərini önə çəkdi. "Biz bu tədbirlərdə iştirak etdik, həm də beynəlxalq təcrübəni öyrəndik. Tıxacların qarşısının alınması üçün müəyyən təkliflər ortaya qoyulmuşdu. Bunlardan biri, şəhərətrafı dairəvi yolların yaradılmasıdır. Bu təkliflərin bəziləri həyata keçirilib, bəziləri isə hələ icra olunmayıb", – deyə R. Zeyni bildirib.
Rauf Zeyni Prezident İlham Əliyevin 2025-2030-cu illər üzrə Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı təsdiq etdiyi Dövlət Proqramını çox əhəmiyyətli bir addım kimi qiymətləndirib. O, bu proqramın 5 il ərzində həyata keçirilməsinin, Bakıdakı tıxacların azalmasına vətəndaşların həyat keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib. "Bu proqramın icrası tıxacların azaldılmasına vətəndaşlarımızın, xüsusilə sürücülərimizin daha rahat hərəkət etməsinə şərait yaradacaq. Tıxaclar çox ciddi problemdir və bunun həlli üçün bir neçə strateji addım atılmalıdır", – deyə, o əlavə edib.
Tıxacların qarşısının alınmasında təkcə infrastruktur dəyişikliklərinin kifayət etmədiyini bildirən R.Zeyni yeni iş rejimlərinin də tətbiq edilməsinin vacibliyini vurğulayıb. O, yeni təhsil və tibb müəssisələrində iş rejiminin dəyişdirilməsi və qrafiklərin optimallaşdırılmasının tıxacların azalmasına müsbət təsir göstərəcəyini qeyd edib. "Bizim məqsədimiz həm xidmətin keyfiyyətini artırmaq, həm də vətəndaşlara daha yaxşı xidmət göstərməkdir. Yeni iş rejimi ilə tıxacların qarşısı alınacaq və bu, vətəndaşların həyatını asanlaşdıracaq", – deyə, R.Zeyni bildirib.
Sədr dövlətin vəsaitinin səmərəli və şəffaf şəkildə xərclənməsinin vacibliyini də xüsusi olaraq qeyd edib. "Dövlətin vəsaiti təhsil, səhiyyə və nəqliyyat sahələrinə ayrılır, amma təəssüf ki, bəzən bu vəsaitin lazımi effekti olmur. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi yaradılıb və bu məqsədlə milyonlarla manat vəsait ayrılıb, amma hələ də gözlənilən nəticəni əldə etməmişik. Bu səbəbdən, vətəndaş cəmiyyəti olaraq biz hər zaman ictimai nəzarəti gücləndirməliyik", – deyə, o, əlavə edib.
Mərkəzin sədri dövlətin fəaliyyətində şəffaflığın təmin olunması və vəsaitin nəticəyə yönəlik şəkildə xərclənməsinin vacibliyini də vurğulayıb. "Cənab Prezident qeyd edib ki, dövlətin vəsaiti səmərəli və keyfiyyətli xərclənməlidir və bu, nəticə verən fəaliyyət olmalıdır. Yalnız bu şəkildə vətəndaşların rifahı yüksələ bilər və məmnuniyyət təmin edilə bilər. Vətəndaş cəmiyyəti də bu məsələdə çox fəaldır və biz daim ictimai müzakirələr aparırıq", – deyə R.Zeyni fikrini yekunlaşdırıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Fevral 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri