Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramına aid Sərəncam imzalayıb.
Burada bir çox problemlərin həlli özünü tapıb. Həmin qaydalardan biri də iş qrafikindəki dəyişikliklərdi.
Belə ki, dövlət orqanları (qurumları), təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkil olunacaq.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı bildirdi ki, Bakıda tıxac probleminin əsas səbəblərindən biri bütün dövlət qurumlarının, məktəblərin və digər iş yerlərinin eyni vaxtda fəaliyyətə başlaması və iş gününün eyni saatda başa çatmasıdır.
"Həqiqətən də artıq Bakıda vəziyyət acınacaqlı hala gəlib. Nəqliyyatın, insanların hərəkətində həddən artıq sıxlıq yaranır, çox ciddi proble
Burada digər fundamental səbəblərlə bağlı çıxış yollarından əlavə bir dənə də həllə kömək eləyən vasitə bu ola bilər.
Kütləvi olaraq bütün iş yerləri, bütün təhsil müəssisələri, digər obyektlərdə iş eyni vaxtda başlayır və bitir.