Icma.az
close
up
RU
Tıxacların qarşısını almaq üçün iş saatları belə olmalıdır AÇIQLAMA

Tıxacların qarşısını almaq üçün iş saatları belə olmalıdır AÇIQLAMA

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramına aid Sərəncam imzalayıb. Burada bir çox problemlərin həlli özünü tapıb. Həmin qaydalardan biri də iş qrafikindəki dəyişikliklərdi. Belə ki, dövlət orqanları (qurumları), təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkil olunacaq.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı bildirdi ki, Bakıda tıxac probleminin əsas səbəblərindən biri bütün dövlət qurumlarının, məktəblərin və digər iş yerlərinin eyni vaxtda fəaliyyətə başlaması və iş gününün eyni saatda başa çatmasıdır.

"Həqiqətən də artıq Bakıda vəziyyət acınacaqlı hala gəlib. Nəqliyyatın, insanların hərəkətində həddən artıq sıxlıq yaranır, çox ciddi problemlərə səbəb olur. Burada digər fundamental səbəblərlə bağlı çıxış yollarından əlavə bir dənə də həllə kömək eləyən vasitə bu ola bilər. Kütləvi olaraq bütün iş yerləri, bütün təhsil müəssisələri, digər obyektlərdə iş eyni vaxtda başlayır və bitir. Burada nəqliyyatın üzərinə də çox ağır yük düşür, yollarda böyük tıxaclar yaranır, metrolarda, avtobuslarla hədsiz sıxlıq yaranır. Bu, artıq qarşısıalınmaz bir formaya gəlir. Aydın məsələdir ki, bu, yeganə çıxış yolu deyil. Bir neçə həll yollarından biridir. Paralel olaraq bu da həyata keçirilməlidir. Bunun mexanizminə gəldikdə, bir optimal yol üçün mütəxəssislər, ekspertlərin iştirakı ilə müvafiq dövlət orqanları bir mexanizm hazırlaya bilər. Məncə, iş saatları bir-iki saat sürüşdürülməlidir. Elə iş yerləri var ki, onun səhər tezdən başlaması məcburidir, eləsi də var ki, bir az gec də başlaya bilər. Müxtəlif xidmət sahələri, dövlət orqanları, təhsil müəssisələri var ki, onlarda vaxtın sürüşdürülməsi heç bir problem yarada bilməz. Belə bir formada tətbiq olunsa, təxminən bir-iki saat sürüşdürülmə baş versə, heç olmasa sərnişinlərin hərəkəti bir az paylaşılar, eyni vaxtda gərginlik düşməz. Bu, artıq hesablanmalıdır".

Ekspertin fikrincə, paytaxtdakı tikinti və məskunlaşma nəqliyyat problemlərini daha da ağırlaşdırır.

"Şəhərin əhalisi durmadan artır, çoxalır və 95 faizi bəlkə də eyni vaxtda işə gedir, işdən gəlirsə, heç bir nəqliyyat sistemi bunun öhdəsindən gələ bilməz. Amma təkcə bu məsələ vəziyyəti kökündən həll eləmir. Bu, sadəcə bir az vəziyyəti müvəqqəti olaraq yüngülləşdirir. Ona görə də paralel olaraq başqa tədbirlər görülməlidir. Onlar da məlumdur. Şəhərdə nəqliyyat infrastrukturunun inkişafı lazımdır. Yəni burada metro stansiyaların sayının artırılması, tramvay, trolleybus kimi sistemlərin bərpası, şəhər ətrafı elektrik qatarları sisteminin, hətta dəniz üzərindən katerlərin təşkilinə ehtiyac var. Bunun üçün regionların inkişafı lazımdır. Regionlara əlavə dəstək, güzəşt, insanların orada yaşayıb-işləməsinin imkanlarını artırmaq lazımdır. Bundan əlavə şəhərin tikintisində müəyyən normalar olmalıdır. Hansı ərazilərdə nəqliyyat axını nə qədərdir, orada nə qədər bina tikmək olar, yolları necə genişləndirmək olar? Şəhər bərabər əsasda sistemli inkişaf etməlidir, hansı ki, bəzi ərazilər hədsiz yüklənir", - deyə E.Bayramlı vurğuladı.

Türkan İSGƏNDƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 31 Yanvar 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri