Tofiq Mikayılov: Çalışacaqlar Bakıda bunun əvəzini çıxsınlar | Icma.az
Icma.az, sport24.az portalına istinadən məlumat yayır. "Toplanış səmərəli keçir. Həm fiziki, həm də taktiki planda işlər görülür.
Komandanın oyuna hazır olması üçün məşqçi-texniki heyət əlindən gələni edir. Rəhbərlik də hazırlaşmaq üçün hər cür şərait yaradıb.
Buna qədər də bir neçə yoldaşlıq oyunları keçirdik. Bilirsiniz ki, heyətimizdə gənc futzalçılar az deyil.
Həmin matçlar gənclərin beynəlxalq oyun təcrübəsi toplaması, özlərini yaxşı tərəfdən göstərməsi baxımından vacib idi.
Bilirik ki, bizi ağır oyun gözləyir. Birinci görüşlər hər zaman çətin keçir".
Sport24.az xəbər verir ki, bunu Azərbaycan millisinin üzvü Tofiq Mikayılov Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
Futzalçı AVRO-2026-nın əsas mərhələsində İsveçə qarşı keçirəcəkləri oyun barədə danışıb, rəqibin üstün cəhətini qeyd edib: "İsveç xüsusilə fiziki cəhətdən hazırlıqlı komandadır.
Yunanıstanla görüşü komanda şəklində izlədik. Məşqçimiz də zəif və təhlükəli tərəflərini bizə izah edib.
Tam oxu
Xəbəri oxu