Icma.az
close
up
RU
Tofiq Mikayılov: Çalışacaqlar Bakıda bunun əvəzini çıxsınlar

Tofiq Mikayılov: Çalışacaqlar Bakıda bunun əvəzini çıxsınlar

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Toplanış səmərəli keçir. Həm fiziki, həm də taktiki planda işlər görülür. Komandanın oyuna hazır olması üçün məşqçi-texniki heyət əlindən gələni edir. Rəhbərlik də hazırlaşmaq üçün hər cür şərait yaradıb. Buna qədər də bir neçə yoldaşlıq oyunları keçirdik. Bilirsiniz ki, heyətimizdə gənc futzalçılar az deyil. Həmin matçlar gənclərin beynəlxalq oyun təcrübəsi toplaması, özlərini yaxşı tərəfdən göstərməsi baxımından vacib idi. Bilirik ki, bizi ağır oyun gözləyir. Birinci görüşlər hər zaman çətin keçir". Sport24.az xəbər verir ki, bunu Azərbaycan millisinin üzvü Tofiq Mikayılov Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Futzalçı AVRO-2026-nın əsas mərhələsində İsveçə qarşı keçirəcəkləri oyun barədə danışıb, rəqibin üstün cəhətini qeyd edib: "İsveç xüsusilə fiziki cəhətdən hazırlıqlı komandadır. Yunanıstanla görüşü komanda şəklində izlədik. Məşqçimiz də zəif və təhlükəli tərəflərini bizə izah edib. Onlar doğma meydanda uduzublar, çalışacaqlar Bakıda bunun əvəzini çıxsınlar. Çünki qələbə qazana bilməsələr, mübarizə onlar üçün başa çatmış olacaq".

Mikayılov zədəli futzalçılar və azarkeşlərlə bağlı danışıb: "Zədəli olduğuna görə kapitan Emin Kürdov və əsas hücumçularımızdan Kənan Manafov kənarda qalıblar. Onlara da tezliklə sağalmağı, növbəti matçda yanımızda olmağı arzulayırıq. Azarkeşlərə səslənirəm ki, zala gəlsinlər, "6-cı oyunçu" vəzifəsini yerinə yetirsinlər. Yenə deyirəm, görüş bizim üçün çox vacibdir. Birlikdə bu dueldən qalib ayrılmalıyıq".

Qeyd edək ki, Azərbaycan - İsveç matçı sabah Bakı İdman Sarayında, saat 20:00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://sport24.az
archiveBu xəbər 16 Dekabr 2024 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri