Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qazaxıstan prezidenti Kasım-Jomert Tokayev Fransaya dövlət səfərinə gedib. Onu Fransanın xarici işlər naziri Jan-Noel Barro qarşılayıb.
Reyting.az xarici mediaya istinadla bildirir ki, bu gün Tokayevin Yelisey sarayında Fransa prezidenti Emmanuel Makronla görüşü və danışıqları planlaşdırılıb.Danışıqlar paketinə ticari-iqtisadi, investisiya, mədəni və humanitar sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi kimi mövzular daxildir.
Dünən isə Parisdə Qazaxıstan-Fransa İşgüzar Şurasının 13-cü iclasının yekunları üzrə tərəflər 24 sənəd, o cümlədən ümumi dəyəri 2,2 milyard dollar olan 12 idarələrarası saziş və 12 kommersiya müqaviləsi imzalayıblar.E.
KAMAL Ana səhifəyə dön Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.