Tokayev bu gün Fransada Makronla görüşəcək
Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qazaxıstan prezidenti Kasım-Jomert Tokayev Fransaya dövlət səfərinə gedib. Onu Fransanın xarici işlər naziri Jan-Noel Barro qarşılayıb.
Reyting.az xarici mediaya istinadla bildirir ki, bu gün Tokayevin Yelisey sarayında Fransa prezidenti Emmanuel Makronla görüşü və danışıqları planlaşdırılıb.
Danışıqlar paketinə ticari-iqtisadi, investisiya, mədəni və humanitar sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi kimi mövzular daxildir. Dünən isə Parisdə Qazaxıstan-Fransa İşgüzar Şurasının 13-cü iclasının yekunları üzrə tərəflər 24 sənəd, o cümlədən ümumi dəyəri 2,2 milyard dollar olan 12 idarələrarası saziş və 12 kommersiya müqaviləsi imzalayıblar.
E. KAMAL
Baxış sayı:129
Bu xəbər 05 Noyabr 2024 08:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















