Icma.az, Oxu.az portalına istinadən məlumat verir. "Qazaxıstanın dövlət protokolunda müşahidə edilən son hadisə, Prezident Qasım-Jomart Toka
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
O bildirib ki, dövlət başçıları səviyyəsində belə bir münasibət müsbət anlamda ənənəvi diplomatik çərçivələri aşaraq, siyasi etimadın, qarşılıqlı hörmətin və strateji tərəfdaşlığın dərinliyini nümayiş etdirir: "Tokayevin bu addımı, əslində, Azərbaycan Prezidentinin regiondakı roluna və nüfuzuna verilən yüksək qiymətin təzahürüdür.
İlham Əliyev son illərdə yalnız Azərbaycanın milli maraqlarını təmin edən lider kimi deyil, eyni zamanda regionda sabitlik və inteqrasiya proseslərinin təşəbbüskarı kimi çıxış edir.
Onun həyata keçirdiyi ardıcıl və prinsipial siyasət nəticəsində Cənubi Qafqazda yeni siyasi nizam formalaşıb.
Azərbaycan beynəlxalq hüquq normalarına əsaslanaraq ərazi bütövlüyünü bərpa edib və müstəqil qərar vermək iqtidarında olan mərkəz kimi tanınıb.
Qazaxıstan rəhbərliyinin bu reallığı açıq şəkildə etiraf etməsi, İlham Əliyevə "görkəmli lider" dəyərləndirməsi ilə xitab etməsi postsovet məkanında siyasi liderlik modelinin faktiki olaraq Bakının təcrübəsi əsasında formalaşdığını göstərir".
"Tokayevin görüş zamanı və mətbuat konfransında iki dəfə "görkəmli lider" ifadəsini işlətməsi təsadüfi deyil.