Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Tokayevdən Əliyevə yüksək etimad: Qazaxıstan Azərbaycan münasibətlərində yeni mərhələ

Tokayevdən Əliyevə yüksək etimad: Qazaxıstan Azərbaycan münasibətlərində yeni mərhələ

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Qazaxıstanın dövlət protokolunda müşahidə edilən son hadisə, Prezident Qasım-Jomart Tokayevin Azərbaycan Prezidenti İlham Əliyevi şəxsən hava limanında qarşılaması və eyni təntənə ilə yola salması təkcə diplomatik nəzakət jesti kimi yox, həm də Türküstan (Orta Asiya) və Cənubi Qafqaz münasibətlər sistemində formalaşan yeni geosiyasi gerçəkliyin rəmzi kimi dəyərləndirilməlidir".

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

O bildirib ki, dövlət başçıları səviyyəsində belə bir münasibət müsbət anlamda ənənəvi diplomatik çərçivələri aşaraq, siyasi etimadın, qarşılıqlı hörmətin və strateji tərəfdaşlığın dərinliyini nümayiş etdirir:

"Tokayevin bu addımı, əslində, Azərbaycan Prezidentinin regiondakı roluna və nüfuzuna verilən yüksək qiymətin təzahürüdür. İlham Əliyev son illərdə yalnız Azərbaycanın milli maraqlarını təmin edən lider kimi deyil, eyni zamanda regionda sabitlik və inteqrasiya proseslərinin təşəbbüskarı kimi çıxış edir. Onun həyata keçirdiyi ardıcıl və prinsipial siyasət nəticəsində Cənubi Qafqazda yeni siyasi nizam formalaşıb. Azərbaycan beynəlxalq hüquq normalarına əsaslanaraq ərazi bütövlüyünü bərpa edib və müstəqil qərar vermək iqtidarında olan mərkəz kimi tanınıb. Qazaxıstan rəhbərliyinin bu reallığı açıq şəkildə etiraf etməsi, İlham Əliyevə "görkəmli lider" dəyərləndirməsi ilə xitab etməsi postsovet məkanında siyasi liderlik modelinin faktiki olaraq Bakının təcrübəsi əsasında formalaşdığını göstərir".

"Tokayevin görüş zamanı və mətbuat konfransında iki dəfə "görkəmli lider" ifadəsini işlətməsi təsadüfi deyil. Bu ifadə, diplomatik ritorikadan kənar, siyasi məzmun daşıyan açıq bir mesajdır. Qazaxıstan Prezidenti bununla Azərbaycan liderinin beynəlxalq arenada qazandığı etimad və nüfuzun Orta Asiya ölkələri üçün də nümunə olduğunu vurğulayır. İlham Əliyev təkcə Azərbaycanın deyil, bütövlükdə türkdilli dövlətlərin siyasi düşüncəsində müstəqil, rasional və praqmatik lider obrazını formalaşdırıb. O, region dövlətlərinin müstəqil qərar qəbul etmək, qlobal təzyiqlər qarşısında milli maraqları qorumaq yolunda izlədiyi modeli təmsil edir", - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, bu cür münasibət eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan-Qazaxıstan münasibətlərinin strateji mahiyyətini göstərir:

"İlham Əliyev və Qasım-Jomart Tokayevin liderliyi altında iki ölkə arasında iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlıq yeni səviyyəyə yüksəlib. Transxəzər nəqliyyat dəhlizinin reallaşması istiqamətində Qazaxıstanın fəal iştirakı məhz bu etimad mühitinin nəticəsidir. Tokayevin şəxsən hava limanına gələrək Azərbaycan Prezidentini həm qarşılaması, həm də yola salması diplomatik protokolda yalnız yüksək etimada və diqqətə layiq strateji müttəfiqlərə göstərilən xüsusi münasibət nümunəsidir".

"Burada diqqətəlayiq digər məqam İlham Əliyevin liderlik modelinin region dövlətləri üçün ideoloji və siyasi baxımdan cəlbedici olmasıdır. O, postsovet məkanında hələ də xarici güclərin təsiri altında qərar verən rəhbərlərin fonunda milli maraqlar üzərində qurulmuş sabit, müstəqil və balanslı siyasət yürüdür. Bu model həm Orta Asiyada, həm də Qafqazda real alternativ kimi qəbul edilir. Tokayevin "görkəmli lider" ifadəsini iki dəfə vurğulaması, əslində, bu alternativin uğurunun etirafıdır", - deyə parlamentari vurğulayıb.

Müsahibimiz Azərbaycanın beynəlxalq arenadakı nüfuzunun artıq regional deyil, qlobal miqyasda da tanındığını əlavə edib:

"Bu nüfuz təkcə iqtisadi göstəricilər və enerji siyasəti ilə deyil, həm də siyasi iradə və prinsipiallıqla qazanılıb. İlham Əliyevin suverenliyin qorunması, milli maraqların prioritetliyi və qlobal təzyiqlərə qarşı müstəqil mövqe nümayişi üzərində qurulan dövlətçilik fəlsəfəsi region liderləri tərəfindən strateji təcrübə kimi öyrənilir. Tokayevin jesti də, əslində, postsovet məkanında yeni siyasi etalonun formalaşdığını göstərir. Bu etalonun əsasını İlham Əliyevin şəxsində təcəssüm edən rasional liderlik, milli maraqlara sadiqlik və geosiyasi cəsarət təşkil edir. Qazaxıstan Prezidenti bunu təkcə diplomatik etiket kimi deyil, həm də siyasi reallığın səmimi şəkildə qəbul edilməsi kimi ifadə edir".

"Nəticə etibarilə, Qazaxıstan-Azərbaycan münasibətlərində müşahidə olunan bu səmimi, qarşılıqlı hörmətə əsaslanan dinamika, Türk dünyasının inteqrasiyası prosesinin mühüm dayağına çevrilir. İlham Əliyevin görkəmli lider kimi dəyərləndirilməsi yalnız bir dövlət başçısına ehtiram deyil, həm də müstəqil dövlətçilik və milli qürur fəlsəfəsinin regionda yüksəlişinin rəmzidir", - deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Oktyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see284

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see277

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see217

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see215

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see213

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see200

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see195

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see188

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see188

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see177

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see168

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see162

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see157

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see154

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see154

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see152

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see152

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri