Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tokioda tarixdə ən çox ardıcıl yağışlı gün qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Məlumata görə, ölkə paytaxtında 27 avqustdan bəri 34 gün ardıcıl yağış yağıb.
Bu, 1886-cı ildə belə qeydlərin başlamasından bəri ən uzun yağıntı dövrüdür.
Meteoroloqlar şiddətli hava şəraitini Yaponiya yaxınlığından keçən bir sıra tayfunlarla əlaqələndirirlər.
Belə ki, avqustun sonlarında İşikava, Toyama və Niiqata prefekturalarının bəzi yerlərində güclü yağışlar yağıb. Bəzi ərazilərə bir gündə 300 mm-dən çox yağış düşüb.
Sinoptiklər daşqın və torpaq sürüşməsi təhlükəsi barədə xəbərdarlıq ediblər.
80 mindən çox insan maksimum həyəcan səviyyəsi olan 5-ci səviyyədə olub və bu da təcili xilasetmə tədbirləri tələb edib.
Nəticədə, Toyama və İşikava prefekturaları yağan güclü yağışlarla əlaqədar 100 mindən çox insana daha təhlükəsiz yerlərə təxliyə olmağı tövsiyə edib.