Tokio 34 günlük yağışla rekord vurdu
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tokioda tarixdə ən çox ardıcıl yağışlı gün qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Məlumata görə, ölkə paytaxtında 27 avqustdan bəri 34 gün ardıcıl yağış yağıb.
Bu, 1886-cı ildə belə qeydlərin başlamasından bəri ən uzun yağıntı dövrüdür.
Meteoroloqlar şiddətli hava şəraitini Yaponiya yaxınlığından keçən bir sıra tayfunlarla əlaqələndirirlər.
Belə ki, avqustun sonlarında İşikava, Toyama və Niiqata prefekturalarının bəzi yerlərində güclü yağışlar yağıb. Bəzi ərazilərə bir gündə 300 mm-dən çox yağış düşüb.
Sinoptiklər daşqın və torpaq sürüşməsi təhlükəsi barədə xəbərdarlıq ediblər.
80 mindən çox insan maksimum həyəcan səviyyəsi olan 5-ci səviyyədə olub və bu da təcili xilasetmə tədbirləri tələb edib.
Nəticədə, Toyama və İşikava prefekturaları yağan güclü yağışlarla əlaqədar 100 mindən çox insana daha təhlükəsiz yerlərə təxliyə olmağı tövsiyə edib.
Bu mövzuda digər xəbərlər:Tokio dörd günlük iş həftəsini sınaqdan keçirir
13 Dekabr 2024 20:29
Tuna 3 milyona satıldı − Tokio bazarında rekord
06 Yanvar 2026 21:12
“Tokio” ana olacaq
09 Sentyabr 2025 22:52
Tokio danışıqlarda israrlıdır
21 Fevral 2025 10:01
Navainin Tokio gəzintisi Fotolar
23 İyun 2025 17:07
Baxış sayı:31
Bu xəbər 29 Sentyabr 2026 23:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















