Tomas Morun edamından 500 il sonra kilsə onun başının ekshumasiyasına çalışır | Icma.az
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır. Londondakı Müqəddəs Danstan kilsəsi yazıçı və İngiltərənin sabiq lord-kansleri Tomas Moru
Oxu.Az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
Müqəddəs Danstan kilsəsinin icma şurası Morun ölümünün 500 illiyinə - yəni 2035-ci ilə qədər onun qalıqlarını torpaqdan çıxarmağı planlaşdırır.
Lakin bu prosesin həyata keçirilməsi üçün məhkəmə icazəsi tələb olunur.
Kilsə nümayəndələrinin açıqlamasında deyilir ki, Morun başı geri qaytarılıb xüsusi bir relikvariya (müqəddəs əmanət qutusu) içində saxlanıla bilər.
"Eyni zamanda, onu müqəddəs bir yerə və ya oyma daş sütunun üzərinə yerləşdirmək də mümkündür - ziyarətçilərimizin çoxu belə istəyir", - deyə onlar əlavə ediblər.
Qeyd edək ki, İngiltərənin lord-kansleri və yazıçısı olan Tomas Mor 1535-ci ildə kral VIII Henrinin əmri ilə edam edilib.
Səbəb isə onun kralı İngiltərə kilsəsinin rəhbəri kimi tanımaqdan imtina etməsi olub.
Tam oxu
Xəbəri oxu