Icma.az
close
up
RU
Tomas Morun edamından 500 il sonra kilsə onun başının ekshumasiyasına çalışır

Tomas Morun edamından 500 il sonra kilsə onun başının ekshumasiyasına çalışır

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Londondakı Müqəddəs Danstan kilsəsi yazıçı və İngiltərənin sabiq lord-kansleri Tomas Morun edamından 500 il sonra onun başının ekshumasiya olunması üçün icazə almağa çalışır.

Oxu.Az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.

Müqəddəs Danstan kilsəsinin icma şurası Morun ölümünün 500 illiyinə - yəni 2035-ci ilə qədər onun qalıqlarını torpaqdan çıxarmağı planlaşdırır. Lakin bu prosesin həyata keçirilməsi üçün məhkəmə icazəsi tələb olunur.

Kilsə nümayəndələrinin açıqlamasında deyilir ki, Morun başı geri qaytarılıb xüsusi bir relikvariya (müqəddəs əmanət qutusu) içində saxlanıla bilər.

"Eyni zamanda, onu müqəddəs bir yerə və ya oyma daş sütunun üzərinə yerləşdirmək də mümkündür - ziyarətçilərimizin çoxu belə istəyir", - deyə onlar əlavə ediblər.

Qeyd edək ki, İngiltərənin lord-kansleri və yazıçısı olan Tomas Mor 1535-ci ildə kral VIII Henrinin əmri ilə edam edilib. Səbəb isə onun kralı İngiltərə kilsəsinin rəhbəri kimi tanımaqdan imtina etməsi olub. Hadisədən 400 il sonra - 1935-ci ildə Vatikan onu şəhidlər sırasına daxil edib.

Morun başı ölümündən sonra uzun bir yol keçib - cəsədi Tauerdəki kiçik bir ibadət otağında dəfn olunsa da, başı London körpüsündə nizəyə keçirilmiş halda qalıb. Bir ay sonra qızı Marqaret atasının başını götürərək ömrünün sonunadək saxlayıb; sonra isə onlar birlikdə Müqəddəs Danstan kilsəsindəki ailə qəbrində dəfn olunublar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 İyul 2025 02:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri