Tomas Müller karyerasını “Fənərbağça”da davam etdirə bilər

10.04.2025

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Almaniyanın “Bavariya” klubunun futbolçusu Tomas Müller karyerasını Türkiyə “Fənərbağça”sında davam etdirə bilər.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, İstanbul nəhənginin baş məşqçisi Joze Mourinyo 35 yaşlı yarımmüdafiəçini komandasında görmək istəyir.

Klub rəhbərliyi təcrübəli oyunçuya yaxın vaxtlarda birillik müqavilə təklif etməyə hazırdır.

Qeyd edək ki, T.Müller bu mövsüm başa çatdıqdan sonra Münxen təmsilçisini azad agent kimi tərk edəcək. Komanda yarımmüdafiəçi ilə müqaviləni yeniləməyib.

Xatırladaq ki, futbolçu bu mövsüm “Bavariya”nın heyətində 24 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью