Tomas Müller karyerasını “Fənərbağça”da davam etdirə bilər
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.
Almaniyanın “Bavariya” klubunun futbolçusu Tomas Müller karyerasını Türkiyə “Fənərbağça”sında davam etdirə bilər.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, İstanbul nəhənginin baş məşqçisi Joze Mourinyo 35 yaşlı yarımmüdafiəçini komandasında görmək istəyir.
Klub rəhbərliyi təcrübəli oyunçuya yaxın vaxtlarda birillik müqavilə təklif etməyə hazırdır.
Qeyd edək ki, T.Müller bu mövsüm başa çatdıqdan sonra Münxen təmsilçisini azad agent kimi tərk edəcək. Komanda yarımmüdafiəçi ilə müqaviləni yeniləməyib.
Xatırladaq ki, futbolçu bu mövsüm “Bavariya”nın heyətində 24 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Baxış sayı:119
Bu xəbər 10 Aprel 2025 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















