“Top artıq Ermənistan tərəfindədir” Azər Allahverənov | Icma.az
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanın Azərbaycan və Türkiyə ilə ikitərəfli tranziti təmin etməyə hazır olduğunu bildirib.
Bu təşəbbüs Cənubi Qafqazda Rusiya və digər regional güclərin mövqeyinə necə təsir edə bilər?
Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirdi ki, Nikol Paşinyanın Azərbaycan və Türkiyə ilə ikitərəfli tranzitin təmin olunmasına hazır olduğunu bildirməsi, eyni zamanda Ermənistan ərazisindən Türkiyə ilə Azərbaycan arasında yük maşınlarının keçidinə dair müsbət fikirlər səsləndirməsi vacib məqamdır: "Çünki bu günə qədər bu cür fikirlər, müxtəlif platformalarda, görüşlər zamanı daha çox verbal bəyanat kimi səsləndirilirdi və Ermənistan bu məsələyə hazır olduğunu bildirirdi.
Lakin artıq real şəkildə Ermənistanın tranzit yüklərin Azərbaycanla Türkiyə arasında təmin olunmasına dair açıq mövqe nümayiş etdirməsi və bu məsələdə yalnız siyasi yox, həm də texniki baxımdan hazır olduqlarını bəyan etməsi Cənubi Qafqaz bölgəsinin nəqliyyat-logistika mənzərəsinə yeni çalarların əlavə olunmasına və bu mənzərənin yeni kommunikasiya arteriyaları ilə zənginləşməsinə səbəb ola bilər.
Elə çox uzağa getmədən, bu günlərdə prezidentin Qazaxıstana səfəri zamanı Astanada keçirilən görüşdən sonra iki ölkə başçısının mətbuat nümayəndələri üçün səsləndirdiyi fikirlərdə də bu məsələyə toxunulmuşdu.
Bildirilmişdi ki, artıq Azərbaycan üzərindən Ermənistana gedən tranzit yüklərlə bağlı məhdudiyyət aradan qaldırılıb və hətta Qazaxıstan taxılının Azərbaycan vasitəsilə Ermənistana çatdırılması təmin olunub.
Bu, həm simvolik, həm də real mənada çox önəmli bir mesajdır.
Tam oxu
Xəbəri oxu