Icma.az
close
up
RU
“Top artıq Ermənistan tərəfindədir” Azər Allahverənov

“Top artıq Ermənistan tərəfindədir” Azər Allahverənov

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanın Azərbaycan və Türkiyə ilə ikitərəfli tranziti təmin etməyə hazır olduğunu bildirib.

Bu təşəbbüs Cənubi Qafqazda Rusiya və digər regional güclərin mövqeyinə necə təsir edə bilər?

Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirdi ki, Nikol Paşinyanın Azərbaycan və Türkiyə ilə ikitərəfli tranzitin təmin olunmasına hazır olduğunu bildirməsi, eyni zamanda Ermənistan ərazisindən Türkiyə ilə Azərbaycan arasında yük maşınlarının keçidinə dair müsbət fikirlər səsləndirməsi vacib məqamdır:

"Çünki bu günə qədər bu cür fikirlər, müxtəlif platformalarda, görüşlər zamanı daha çox verbal bəyanat kimi səsləndirilirdi və Ermənistan bu məsələyə hazır olduğunu bildirirdi. Lakin artıq real şəkildə Ermənistanın tranzit yüklərin Azərbaycanla Türkiyə arasında təmin olunmasına dair açıq mövqe nümayiş etdirməsi və bu məsələdə yalnız siyasi yox, həm də texniki baxımdan hazır olduqlarını bəyan etməsi Cənubi Qafqaz bölgəsinin nəqliyyat-logistika mənzərəsinə yeni çalarların əlavə olunmasına və bu mənzərənin yeni kommunikasiya arteriyaları ilə zənginləşməsinə səbəb ola bilər. Elə çox uzağa getmədən, bu günlərdə prezidentin Qazaxıstana səfəri zamanı Astanada keçirilən görüşdən sonra iki ölkə başçısının mətbuat nümayəndələri üçün səsləndirdiyi fikirlərdə də bu məsələyə toxunulmuşdu. Bildirilmişdi ki, artıq Azərbaycan üzərindən Ermənistana gedən tranzit yüklərlə bağlı məhdudiyyət aradan qaldırılıb və hətta Qazaxıstan taxılının Azərbaycan vasitəsilə Ermənistana çatdırılması təmin olunub. Bu, həm simvolik, həm də real mənada çox önəmli bir mesajdır. Bu, yalnız Cənubi Qafqazda nəqliyyat-logistika əlaqələrinin inkişafı baxımından yox, həm də bölgədə sülhə dair verilmiş bir mesaj kimi dəyərləndirilməlidir. Yəni Azərbaycan artıq Ermənistana gedən tranzit yüklərin maneəsiz keçidini təmin edir və bunun fonunda, təbii olaraq, biz Ermənistandan da adekvat addımlar gözləyirik".

Millət vəkilinin fikrincə, Paşinyanın Tiflisdə keçirilən V İpək Yolu Forumunda səsləndirdiyi bu fikir, yəni Azərbaycanla Türkiyə arasında nəqliyyat kommunikasiyasının Ermənistan üzərindən keçməklə təmin olunması barədə müsbət yanaşma  bir mənada Prezident İlham Əliyevin qeyd olunan məsələ ilə bağlı Astanada verdiyi mesajlara cavab olaraq da dəyərləndirilə bilər. 

"Bu, onu göstərir ki, artıq iki ölkə arasında tranzit yüklərin daşınması ilə bağlı konkret və real bir yanaşma formalaşmaqdadır. Bu da, şübhəsiz ki, Cənubi Qafqazda sülh və sabitliyin möhkəmlənməsi ilə yanaşı, bu regiondan keçən beynəlxalq yüklərin daşınmasında maraqlı olan dövlətlər üçün də yeni imkanlar açır. Bu imkanların yaranmasında isə, bunu xüsusi vurğulamaq lazımdır ki, təşəbbüs Azərbaycan tərəfindən gəlib. Çünki ilk olaraq məhdudiyyətləri aradan qaldıran və Qazaxıstan taxılının Ermənistana daşınmasını təmin edən məhz Azərbaycan olub. Bu proseslərin kifayət qədər sürətlə inkişaf etdiyini göstərən digər bir nüans isə Prezident İlham Əliyevin Astanadakı çıxışında Zəngəzur dəhlizinin açılması ilə bağlı verdiyi bəyanatdır. O bildirmişdi ki, Azərbaycan üzərinə düşən işləri, həm avtomobil, həm də dəmir yolu infrastrukturunu 2026-cı ilin ortasına qədər tamamlamağı planlaşdırır. Bu isə Ermənistan üçün böyük və əlverişli bir fürsət yaradır. Beləliklə, 42 kilometrlik Zəngəzur dəhlizinin açılması ilə bağlı öz üzərinə düşən öhdəlikləri həyata keçirmək üçün Ermənistanın da real imkanı yaranır. Həmçinin, bu layihədə Amerika şirkətlərinin iştirakının nəzərdə tutulması və bunun Vaşinqtonda Ermənistanla ABŞ arasında əldə olunmuş razılaşma çərçivəsində həyata keçirilməsi planlaşdırılır. Nəticə etibarilə, artıq top Ermənistan tərəfindədir. Yəni konkret olaraq sözlərdən əməli addımlara keçidi biz Ermənistan tərəfdən gözləyirik. Hesab edirəm ki, bu gün səsləndirilən fikirlər təkcə siyasi yox, həm də texniki baxımdan prosesin irəliləməsi üçün zəruri şəraitin formalaşdığını göstərir. Çünki artıq siyasi iradə bəllidir və söhbət bilavasitə Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin açılmasından, bu xətlərin isə bütün tərəflər üçün faydalı şəkildə idarə olunmasından gedir", - deyə Azər Allahverənov vurğuladı. 

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Oktyabr 2025 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri