Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
Misli Premyer Liqasının birinci dövrəsində topa ən çox sahib olan komanda müəyyənləşib. Sport24.az-ın məlumatına görə, 11 turun nəticələrinə əsasən, bu göstəricidə "Qarabağ" hamını qabaqlayıb.
Ağdam təmsilçisinin oyunlardakı orta topa sahibolma faizi 66,1 olub. "Sabah" 61,9 faizlə ikinci, "Zirə" isə 58,7 faizlə üçüncü pillədə qərarlaşıb.
Digər komandaların göstəriciləri belədir: "Neftçi" – 52 faiz, "Sumqayıt" – 51,3 faiz, "Araz-Naxçıvan" – 49,5 faiz, "Turan Tovuz" – 46 faiz, "Şamaxı" – 45,4 faiz, "Qəbələ" – 45,1 faiz, "Kəpəz" – 44,3 faiz.
Qeyd edək ki, Misli Premyer Liqasının II turunda keçirilməyən "Sabah" – "Sumqayıt" və "Qarabağ" – "Kəpəz" oyunları dekabrın 17-də baş tutacaq.