Topa sahibolma statistikası: “Qarabağ” zirvədə, “Kəpəz” sonuncu
Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
Misli Premyer Liqasının birinci dövrəsində topa ən çox sahib olan komanda müəyyənləşib. Sport24.az-ın məlumatına görə, 11 turun nəticələrinə əsasən, bu göstəricidə "Qarabağ" hamını qabaqlayıb.
Ağdam təmsilçisinin oyunlardakı orta topa sahibolma faizi 66,1 olub. "Sabah" 61,9 faizlə ikinci, "Zirə" isə 58,7 faizlə üçüncü pillədə qərarlaşıb.
Digər komandaların göstəriciləri belədir: "Neftçi" – 52 faiz, "Sumqayıt" – 51,3 faiz, "Araz-Naxçıvan" – 49,5 faiz, "Turan Tovuz" – 46 faiz, "Şamaxı" – 45,4 faiz, "Qəbələ" – 45,1 faiz, "Kəpəz" – 44,3 faiz.
Qeyd edək ki, Misli Premyer Liqasının II turunda keçirilməyən "Sabah" – "Sumqayıt" və "Qarabağ" – "Kəpəz" oyunları dekabrın 17-də baş tutacaq.
Baxış sayı:127
Bu xəbər 11 Noyabr 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















