Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Futbol üzrə Azərbaycan millisinin və Türkiyənin “Bursaspor” klubunun futbolçusu Toral Bayramov karyerasını Polşanın “Rakuv” klubunda davam etdirə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda iddia edilir ki, hazırda “Bursaspor”un şərəfini qoruyan azərbaycanlı futbolçu qışda Polşa klubuna transfer olmaq üçün danışıqlar aparır.
Bildirilir ki, Bayramovun Polşa çempionatına ehtimal olunan keçidi daha öncə də geniş müzakirə mövzusu olmuşdu.
Xatırladaq ki, Polşanın yüksək liqasında(Ekstraklasada) mübarizə aparan “Rakuv”da Azərbaycan millisinin hücumçusu Mahir Emreli də çıxış edir.