Toral Bayramov Mahir Emreli ilə eyni klubda çıxış edə bilər
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Futbol üzrə Azərbaycan millisinin və Türkiyənin “Bursaspor” klubunun futbolçusu Toral Bayramov karyerasını Polşanın “Rakuv” klubunda davam etdirə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda iddia edilir ki, hazırda “Bursaspor”un şərəfini qoruyan azərbaycanlı futbolçu qışda Polşa klubuna transfer olmaq üçün danışıqlar aparır.
Bildirilir ki, Bayramovun Polşa çempionatına ehtimal olunan keçidi daha öncə də geniş müzakirə mövzusu olmuşdu.
Xatırladaq ki, Polşanın yüksək liqasında(Ekstraklasada) mübarizə aparan “Rakuv”da Azərbaycan millisinin hücumçusu Mahir Emreli də çıxış edir.
Bu mövzuda digər xəbərlər:Mahir Emreli Messinin oynadığı çempionatda çıxış edə bilər
08 May 2025 09:01
Mahir Emreli, Toral Bayramov və Bəhlul Mustafazadə azarkeşlərlə görüşəcək İdman və Biz
11 Noyabr 2024 12:52
SON DƏQİQƏ! Mahir Emreli hansı klubda çıxış edəcəyini açıqladı!
27 Fevral 2025 21:20
Bundesliqada çıxış edən iki klub Mahir Emreli ilə maraqlanır
29 Aprel 2025 10:45
Toral Bayramov Qarabağdan ayrıla bilər
27 Dekabr 2024 14:26
Baxış sayı:69
Bu xəbər 17 Noyabr 2026 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















