Tottenhem Bavariya ilə danışıqlara başlayacaq

11.11.2025

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Tottenhem” “Bavariya” ilə yarımmüdafiəçi Juao Palinyanın transfer hüquqlarını almaq üçün danışıqlara başlamağı planlaşdırır.

Sportal.az xəbər verir ki, London klubu 30 yaşlı futbolçunun çıxışından razıdır və onunla 2029-cu ilədək tamhüquqlu müqavilə imzalamaq barədə prinsipial razılığa gəlib.

Palinya bu ilin yayında “Tottenhem”ə 2025/26 mövsümünün sonunadək icarə əsasında qoşulub. Müqavilədə futbolçunun 30 milyon avroya transfer hüququnun alınması bəndi yer alır. Portuqqaliya millisinin üzvü cari mövsümdə paytaxt təmsilçisinin heyətində bütün turnirlərdə 18 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

“Tottenhem” hazırda Premyer Liqa turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. Tomas Frankın komandası növbəti oyununu noyabrın 23-də “Arsenal”a qarşı keçirəcək.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью