Tottenhem Bavariya ilə danışıqlara başlayacaq
Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Tottenhem” “Bavariya” ilə yarımmüdafiəçi Juao Palinyanın transfer hüquqlarını almaq üçün danışıqlara başlamağı planlaşdırır.
Sportal.az xəbər verir ki, London klubu 30 yaşlı futbolçunun çıxışından razıdır və onunla 2029-cu ilədək tamhüquqlu müqavilə imzalamaq barədə prinsipial razılığa gəlib.
Palinya bu ilin yayında “Tottenhem”ə 2025/26 mövsümünün sonunadək icarə əsasında qoşulub. Müqavilədə futbolçunun 30 milyon avroya transfer hüququnun alınması bəndi yer alır. Portuqqaliya millisinin üzvü cari mövsümdə paytaxt təmsilçisinin heyətində bütün turnirlərdə 18 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
“Tottenhem” hazırda Premyer Liqa turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. Tomas Frankın komandası növbəti oyununu noyabrın 23-də “Arsenal”a qarşı keçirəcək.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 11 Noyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















