Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Yanvarın 18-də saat 20:50-də İnci Rəşad qızı Çobanzadə Tovuz Rayon Mərkəzi Xəstəxanasının infeksion şöbəsində stasionar müalicə aldığı halda, xəstənin yaxınları tərəfindən özbaşına şəkildə Tovuz Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edilərək, dispetçerə qarşı təzyiq göstərilərək təxliyə tələbi irəli sürülüb".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalımaz Tibbi Yardım Mərkəzindən verilən məlumatda deyilir.
Qeyd olunur ki, mövcud qaydalara əsasən, xəstənin təxliyəsi barədə qərar yalnız həkimlərin konsiliumu və müvafiq mütəxəssislərin rəyindən sonra qəbul edilir və qəbul edən xəstəxana ilə razılaşdırıldıqdan sonra Regional Təcili Tibbi Yardım Mərkəzinin Mərkəzi Dispetçer Xidməti vasitəsilə təşkil olunur: "Lakin qeyd olunan halda mövcud protokol pozulub, dispetçer tərəfindən mərkəzə məlumat verilmədən briqada göndərilib.
Bununla əlaqədar olaraq məsul əməkdaş barəsində inzibati tənbeh tədbiri görüləcək.
Tovuzda ağır xəstəni təcili yardım avtomobilindən düşürdüblər?
- RƏSMİ AÇIQLAMA Hadisə zamanı təcili tibbi yardım briqadasına xəstənin yenidən xəstəxanaya qaytarılması, vəziyyətinin stabilləşdirilməsi və təxliyənin mövcud qaydalara uyğun şəkildə təşkili barədə tapşırıq verilib.
Lakin xəstənin yaxınları geri qayıtmaqdan imtina ediblər, xəbərdarlıqlara baxmayaraq, ambulansı məcburi şəkildə saxladıblar.