Tovuzda ağır xəstəni təcili yardım avtomobilindən düşürdüblər? RƏSMİ AÇIQLAMA
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Yanvarın 18-də saat 20:50-də İnci Rəşad qızı Çobanzadə Tovuz Rayon Mərkəzi Xəstəxanasının infeksion şöbəsində stasionar müalicə aldığı halda, xəstənin yaxınları tərəfindən özbaşına şəkildə Tovuz Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edilərək, dispetçerə qarşı təzyiq göstərilərək təxliyə tələbi irəli sürülüb".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalımaz Tibbi Yardım Mərkəzindən verilən məlumatda deyilir.
Qeyd olunur ki, mövcud qaydalara əsasən, xəstənin təxliyəsi barədə qərar yalnız həkimlərin konsiliumu və müvafiq mütəxəssislərin rəyindən sonra qəbul edilir və qəbul edən xəstəxana ilə razılaşdırıldıqdan sonra Regional Təcili Tibbi Yardım Mərkəzinin Mərkəzi Dispetçer Xidməti vasitəsilə təşkil olunur:
"Lakin qeyd olunan halda mövcud protokol pozulub, dispetçer tərəfindən mərkəzə məlumat verilmədən briqada göndərilib. Bununla əlaqədar olaraq məsul əməkdaş barəsində inzibati tənbeh tədbiri görüləcək.
Tovuzda ağır xəstəni təcili yardım avtomobilindən düşürdüblər? - RƏSMİ AÇIQLAMA
Hadisə zamanı təcili tibbi yardım briqadasına xəstənin yenidən xəstəxanaya qaytarılması, vəziyyətinin stabilləşdirilməsi və təxliyənin mövcud qaydalara uyğun şəkildə təşkili barədə tapşırıq verilib. Lakin xəstənin yaxınları geri qayıtmaqdan imtina ediblər, xəbərdarlıqlara baxmayaraq, ambulansı məcburi şəkildə saxladıblar. Onlar xəstəni ambulansdan götürərək Dövlət Yol Polisinin xidməti avtomobili ilə Gəncə istiqamətində aparıblar.
Xəstənin "103" xidmətinin əməkdaşları tərəfindən "endirilərək tərk edilməsi" ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir".
Qeyd edək ki, ötən gün Tovuz rayon sakini olan uşağın rayon mərkəzi xəstəxanasına aparıldığı, həkimlərin müdaxiləsinə baxmayaraq, vəziyyətinin daha da ağırlaşdığı və həkimlərin onun Bakıya göndərilməsinə qərar verdiyi barədə videogörüntü paylaşılmışdı. Tovuz RMX-nin uşağı təcili tibbi yardım briqadası ilə Bakıya yola saldığı, lakin briqadanın yolda uşağın vəziyyətinin ağırlaşdığını görüb Bakıya getməkdən imtina etməsi iddia olunurdu.
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 21 Yanvar 2026 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















