Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tovuzda ağır yol qəzasında xəsarət alan şəxs müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Avtosfer.az-ın məlumatına görə, bir neçə gün öncə Tovuz rayon Əlimərdanlı kəndində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan 2008-ci il təvəllüdlü Elmin Tağıyev müalicə aldığı xəstəxanada göstərilən tibbi yardımlara baxmayaraq vəfat edib.
Bununla da, yol qəzasında ölənlərin sayı iki nəfərə çatıb. Faktla bağlı araşdırma aparılır.
** Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "BMW" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub.
Qəzadan sonra idarəetmədən çıxan "BMW" yol kənarında dayanan piyadaları vurub.