Tovuzda yol qəzasında yaralanan gənc xəstəxanada ölüb FOTOLAR YENİLƏNİB
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tovuzda ağır yol qəzasında xəsarət alan şəxs müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Avtosfer.az-ın məlumatına görə, bir neçə gün öncə Tovuz rayon Əlimərdanlı kəndində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan 2008-ci il təvəllüdlü Elmin Tağıyev müalicə aldığı xəstəxanada göstərilən tibbi yardımlara baxmayaraq vəfat edib.
Bununla da, yol qəzasında ölənlərin sayı iki nəfərə çatıb. Faktla bağlı araşdırma aparılır.
**
Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "BMW" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub.
Qəzadan sonra idarəetmədən çıxan "BMW" yol kənarında dayanan piyadaları vurub.
Zərbənin təsirindən bi nəfər hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 04 Yanvar 2025 08:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















