Toy kortejində biabırçılıq; maşından düşənlər yolu kəsib rəqs etdi VİDEO

22.11.2025

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 21 ünvanında yerləşən xəstəxananın qarşısında toy korteji yolun hərəkət hissəsini kəsib. Maşından düşən gənclər isə yolun ortasında rəqs etməyə başlayıb. 
Avtosfer.az-ın məlumatına görə, bu səbəbdən yolda avtomobillərin hərəkəti tam dayanıb, arxada qalan sürücülər gecikdikləri üçün  alternativ yollara dönməyə məcbur olublar.
Görüntülərdə bir neçə avtomobildən ibarət toy kortejinin yolun ortasında dayandığı, maşından düşənlərin isə yüksək səslə musiqi sədaları altında oynadığı əks olunur. Nəticədə həm xəstəxanaya gələn təcili tibb yardımın, həm də digər sürücülərin hərəkəti çətinləşib.
Hadisə şahidləri bildirirlər ki, xəstəxananın qarşısında yolun bağlanması xüsusilə qəbuledilməzdir və bu cür hərəkətlər insanların həyatı üçün risk yaradır. 
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının tədbir görəcəyi gözlənilir.


Eltac Züıfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью