Toy kortejində biabırçılıq; maşından düşənlər yolu kəsib rəqs etdi VİDEO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 21 ünvanında yerləşən xəstəxananın qarşısında toy korteji yolun hərəkət hissəsini kəsib. Maşından düşən gənclər isə yolun ortasında rəqs etməyə başlayıb.
Avtosfer.az-ın məlumatına görə, bu səbəbdən yolda avtomobillərin hərəkəti tam dayanıb, arxada qalan sürücülər gecikdikləri üçün alternativ yollara dönməyə məcbur olublar.
Görüntülərdə bir neçə avtomobildən ibarət toy kortejinin yolun ortasında dayandığı, maşından düşənlərin isə yüksək səslə musiqi sədaları altında oynadığı əks olunur. Nəticədə həm xəstəxanaya gələn təcili tibb yardımın, həm də digər sürücülərin hərəkəti çətinləşib.
Hadisə şahidləri bildirirlər ki, xəstəxananın qarşısında yolun bağlanması xüsusilə qəbuledilməzdir və bu cür hərəkətlər insanların həyatı üçün risk yaradır.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının tədbir görəcəyi gözlənilir.
Eltac Züıfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 22 Noyabr 2025 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















