Toy xərclərinə görə 72 büküm kokain uddu

28.09.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nigeriyada Milli Narkotiklərlə Mübarizə Agentliyinin (NDLEA) əməkdaşları mədəsində 72 büküm kokainlə Portuqaliyaya uçmağa cəhd edən 25 yaşlı kişini saxlayıblar. Həmin şəxs narkotiklərin satışından əldə edəcəyi pulla toy xərclərini qarşılamaq istədiyini bildirib.

Modern.az xarici mediaya istinadla xəbər verir ki, şübhəli şəxs Lavli Çukvulobelu Addis-Əbəba vasitəsilə həyata keçirilən "Ethiopian Airlines" reysinə minməzdən əvvəl Enuqu hava limanında saxlanılıb.

Saxlanıldıqdan sonra o, tibbi müşahidə altına alınıb və onun bədənindən 72 bağlama narkotik vasitə çıxarılıb.

NDLEA-nın məlumatına görə, həmin şəxs 2023-cü ildən bəri Portuqaliyada yaşayır və sentyabrın 13-də baş tutan toyu üçün Nigeriyaya qayıdıb. Bildirilir ki, dindirmə zamanı o, toy mərasimində xərclədiyi pulları yenidən qazanmaq üçün kokaini daşımağa razılaşdığını deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью