Toy xərclərinə görə 72 büküm kokain uddu
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Nigeriyada Milli Narkotiklərlə Mübarizə Agentliyinin (NDLEA) əməkdaşları mədəsində 72 büküm kokainlə Portuqaliyaya uçmağa cəhd edən 25 yaşlı kişini saxlayıblar. Həmin şəxs narkotiklərin satışından əldə edəcəyi pulla toy xərclərini qarşılamaq istədiyini bildirib.
Modern.az xarici mediaya istinadla xəbər verir ki, şübhəli şəxs Lavli Çukvulobelu Addis-Əbəba vasitəsilə həyata keçirilən "Ethiopian Airlines" reysinə minməzdən əvvəl Enuqu hava limanında saxlanılıb.
Saxlanıldıqdan sonra o, tibbi müşahidə altına alınıb və onun bədənindən 72 bağlama narkotik vasitə çıxarılıb.
NDLEA-nın məlumatına görə, həmin şəxs 2023-cü ildən bəri Portuqaliyada yaşayır və sentyabrın 13-də baş tutan toyu üçün Nigeriyaya qayıdıb. Bildirilir ki, dindirmə zamanı o, toy mərasimində xərclədiyi pulları yenidən qazanmaq üçün kokaini daşımağa razılaşdığını deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 28 Sentyabr 2026 21:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















