Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bir neçə gün öncə paytaxtdakı şadlıq saraylarından birində kütləvi zəhərlənmə hadisəsi baş verib.
Hadisə nəticəsində ümumilikdə 51 nəfər, tədbirdə iştirak edən qonaqlar və ifaçılar tibbi yardım üçün xəstəxanalara müraciət edib.
İlkin ehtimallara əsasən, zəhərlənməyə səbəb kimi tədbirdə təqdim olunan salatlar göstərilir.
KONKRET.az xəbər verir ki, restoran və ictimai iaşə obyektlərində salatların təzə olmaması, bir neçə gün əvvəl hazırlanmış və dəfələrlə servis edilmiş yeməklərin təqdim olunması ilə bağlı iddialar vaxtaşırı gündəmə gəlir.
Bununla belə, toy, nişan və digər məclislərdə ən çox istehlak olunan təamlar arasında məhz salatlar ön sıradadır.
Eyni hal bayram günlərində ev şəraitində də müşahidə olunur.
Xüsusilə yeni il və digər ailəvi bayramlarda hazırlanan salatlar soyuducularda günlərlə saxlanılır və təkrar-təkrar istehlak edilir.