Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

İran rejimi legitimliyini itirir ŞƏRH

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Toyda 51 nəfəri zəhərləyən qida bu imiş? Vətəndaşlara XƏBƏRDARLIQ KONKRET

Toyda 51 nəfəri zəhərləyən qida bu imiş? Vətəndaşlara XƏBƏRDARLIQ KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir neçə gün öncə paytaxtdakı şadlıq saraylarından birində kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisə nəticəsində ümumilikdə 51 nəfər, tədbirdə iştirak edən qonaqlar və ifaçılar tibbi yardım üçün xəstəxanalara müraciət edib. İlkin ehtimallara əsasən, zəhərlənməyə səbəb kimi tədbirdə təqdim olunan salatlar göstərilir.

KONKRET.az xəbər verir ki, restoran və ictimai iaşə obyektlərində salatların təzə olmaması, bir neçə gün əvvəl hazırlanmış və dəfələrlə servis edilmiş yeməklərin təqdim olunması ilə bağlı iddialar vaxtaşırı gündəmə gəlir. Bununla belə, toy, nişan və digər məclislərdə ən çox istehlak olunan təamlar arasında məhz salatlar ön sıradadır. Eyni hal bayram günlərində ev şəraitində də müşahidə olunur. Xüsusilə yeni il və digər ailəvi bayramlarda hazırlanan salatlar soyuducularda günlərlə saxlanılır və təkrar-təkrar istehlak edilir. Bəzən bu müddət bir həftəyə qədər uzanır.

Bəs bu cür təamları hazırlayan zaman nələrə diqqət etmək lazımdır? Mütəxəssislər nə tövsiyə edir?

Qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Yenisabah.az oxucularına bu barədə vacib məqamları açıqlayıb:

“Ümumiyyətlə, kütləvi zəhərlənmə baş verən hallarda bir sıra məqamlara diqqət etmək lazımdır. Xüsusilə də temperatur rejimi yüksək olduqda bir çox qidaların, xüsusilə də qarışıq tərəvəzlərdən, bişmiş ət məhsullarından, mayonez və xamalardan, yumurtadan istifadə olunursa, bu qidalar daha riskli məhsullar sırasına daxil olur. Hazırlanma prosesi və saxlanma müddəti zamanı təhlükəsizlik qaydalarına diqqət etmək vacibdir.

Mayonez və xama ilə hazırlanan təamlar, xüsusilə paytaxt salatı 48 saata qədər, temperatur rejimi dəyişməmək şərti ilə saxlanıla bilər. Həmin müddətdən sonra o qidaların tərkibində müəyyən dəyişikliklər baş verir. Bu da qida təhlükəsizliyi baxımdan riskləri artırır. Yumurta və mayonez tez xarab olan məhsullardandır. Sözügedən müddət bitdikdə onların tərkibində bakteriyaların yaranması üçün əlverişli şərait ortaya çıxır.

Eyni zamanda, soyuducuda çiy tərəvəzlərdən olan çoban salatı, tərəvəz salatı və digər bu səpkidə olan salatlar 2-3 gün saxlanıla bilsə də, onlar öz təravətini itirir. Çünki doğranıb qarışıq saxlanıldıqdan, müəyyən əlavələr edildikdən sonra hər saat keçdikcə azalmağa başlayır”.

Ekspert bildirib ki, bəzən məclislərdə soyuducuda yer olmadığından salatlar otaq temperaturunda saxlanılır:

“Bu zaman bakteriyaların çoxalma surəti daha da artır ki, bu da məhsulun keyfiyyətini daha da aşağı salır. Bir də bəzi məhsullar bir gün öncədən qalır və onu yenisiylə qarışdırırlar. Bu hal da tərkib dəyişikliyi səbəbilə zəhərlənməyə rəvac verə bilər.

Bir çox hallarda məhsulun qoxusu və dadında dəyişikliklər olsa da, yaxşı görünməsi üçün yeni məhsullarla qarışdırıb gözəl görünməsi üçün suni dadlandırıcılardan istifadə olunur. Bütün bu hallar istehlakçıların aldanmasına gətirib çıxara bilər.

Salat hazırlayan zaman istifadə olunan vasitələr qablar, doğrama taxtası, bıçaq və s. alətlərin yuyulmasına diqqət etmək lazımdır. Həmçinin, mayonez və xama qatılan salatlar nə vaxt istehlak olunacaqsa, ondan bir az əvvəl bu əlavələr ona qatılmalıdır. Belə olduqda daha çox saxlama müddəti yaranır. Saxlama temperaturu isə müsbət 4 dərəcə yaxud daha aşağı olmalıdır”.

M.Hüseynova vurğulayıb ki, salatlar 1, ən yaxşı halda 2 gün ərzində yeyilib-bitirilməlidir:

“Çünki vaxt keçdikcə qida dəyəri aşağı düşür. Bu hal immun sistemi aşağı olan insanlarda, uşaq və yaşlılarda zəhərlənmələrə səbəb olur. İmmunniteti güclü olan şəxslərdə isə mədə-bağırsaq funksiyasının pozulmasına gətirib çıxarır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 Aprel 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see311

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see203

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see191

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see186

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see178

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see165

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri