Toyda çıxış edəndən sonra öldü FOTO

11.11.2024

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünən Lənkəran rayonunda keçirilən toy mərasimində ölüm hadisəsi baş verib.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, toyda iştirak edən rayon sakini Mircəlal Dadaşovun halı qəflətən pisləşib.

Belə ki, M.Dadaşova məclisdə söz verilib. O, çıxış edərək ailə quran gənclərə xeyir-dua verib və rəqs edib. Az sonra masaya əyləşən qonaq qəfil yıxılıb.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası onun vəfat etməsini müəyyən edib.

Mircəlal Dadaşovun ürəktutmadan dünyasını dəyişməsi bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью