Toyda çıxış edəndən sonra öldü FOTO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünən Lənkəran rayonunda keçirilən toy mərasimində ölüm hadisəsi baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, toyda iştirak edən rayon sakini Mircəlal Dadaşovun halı qəflətən pisləşib.
Belə ki, M.Dadaşova məclisdə söz verilib. O, çıxış edərək ailə quran gənclərə xeyir-dua verib və rəqs edib. Az sonra masaya əyləşən qonaq qəfil yıxılıb.
Hadisə yerinə gələn təcili tibbi yardım briqadası onun vəfat etməsini müəyyən edib.
Mircəlal Dadaşovun ürəktutmadan dünyasını dəyişməsi bildirilib.

