Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin Balıkesir şəhərində keçirilən toy mərasimində qeyri-adi hədiyyə hər kəsin diqqətini çəkib.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, TIR sürücüsü olan bəyin dostları ənənəvi zinət əşyaları və pul əvəzinə ona yük maşını üçün təkər bağışlayıblar. Dəyərinin 25 min türk lirəsi olduğu bildirilən hədiyyə toyda iştirak edənləri təəccübləndirib.
Hədiyyə təqdim edilərkən gəlin və bəy yaşadıqları təəccübü gizlədə bilməyiblər. Qonaqların da marağına səbəb olan həmin anların görüntüləri sosial şəbəkələrdə diqqət çəkib.
Qeyri-adi hədiyyə toy mərasiminin ən yaddaqalan məqamlarından birinə çevrilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)